Xarici işlər naziri bu gün Bakıya gəlir

Xarici işlər naziri bu gün Bakıya gəlir
  18 Mart 2013    Oxunub:1539
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze martın 18-də Azərbaycana iki günlük rəsmi səfər edəcək
Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin bu gün Azərbaycana rəsmi səfəri başlayır. AzVision.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətin məlumat yayıblar.

Səfər çərçivəsində Maya Pancikidze baş nazir Artur Rasizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək.

Eyni zamanda M. Pancikidze həmkarı Elmar Məmmədyarovla da görüşəcək. Görüşdən sonra hər iki nazir mətbuat konfransı keçirəcəklər. M. Pancikidzenin Azərbaycan mediasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

İki günlük səfəri çərçivəsində M. Pancikidze terrorla mübarizə mövzusunda Bakıda təşkil olunacaq beynəlxalq konfransda da iştirak edəcək.



Teqlər:  





Xəbər lenti