Polis gücləndirilmiş rejimə keçib

Polis gücləndirilmiş rejimə keçib
  18 Mart 2013    Oxunub:1186
Novruz bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 20-27-si günlərində bütün polis orqanlarından növbətçilik rejimi ilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

İctimai yerlərdə, insanların kütləvi istirahət etdiyi, toplaşdığı məkanlarda polis naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, martın 20-27-si, yəni 8 gün ölkədə qeyri-iş günləridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti