Bakıda bayram havası

Bakıda bayram havası
  18 Mart 2013    Oxunub:1328
Havanın temperaturunun gecə 4-7, gündüz 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, martın 19-dan 20-dək Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Bəzi yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi martın 19-da gündüz arabir 15-20 m/s-dək, ayrı-ayrı yerlərdə 25-30 ms-dək güclənəcək. Temperatur tədricən 4-7 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Bakıda havanın temperaturunun gecə 4-7, gündüz 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir, səhər zəif duman olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Martın 19-da gündüz yağıntının tədricən kəsiləcəyi, martın 20-də əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti