“İstədiyimiz dəstəyi ala bilməmişik"

“İstədiyimiz dəstəyi  ala bilməmişik"
  18 Mart 2013    Oxunub:1366
"Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən istədiyimiz dəstəyi, mübarizəni ala bilməmişik".
Bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfrans”ın Azərbaycanda təşkil edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan bütün normativ sənədləri qəbul edib və beynəlxalq konvensiyalara qoşulub:

"Bu baxımdan bizim haqqımız var ki, belə tədbirlər Azərbaycanda keçirilsin. Respublikamız öz tolerantlığı ilə seçilən bir ölkədir. Ölkəmiz bütün dinlərə qarşı həddindən artıq yaxşı münasibət bəsləyir.

Vitse-spiker Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ölkəmizin qarşılaşdığı bəzi problemlərə də toxunub: "Həmişə beynəlxalq tribunalardan da bəyan edirik ki, terrorizmə qarşı mübarizə qaçılmazdır və bu məsələdə bütün dünya dövlətləri öz səylərini əsirgəməməlidir. Bu, elə bir bəladır ki, istənilən dövlətin qapısını istənilən vaxt döyə bilər. Amma təssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən istədiyimiz dəstəyi, mübarizəni ala bilməmişik".

AzVision.az


Teqlər:  





Xəbər lenti