Nazir işçiləri cəzalandırdı

Nazir işçiləri cəzalandırdı
  18 Mart 2013    Oxunub:1823
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə fevral ayı ərzində 715 müraciət daxil olub.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müraciətlərin hamısı dinlənilib və qeydə alınıb.

Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.

Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular daha çox ümumi təhsil məktəbləri şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələlərlə bağlı olub.

Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərlə əlaqədardır.

Fevral ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəs­si­sə­­lə­­ri ilə bağlı 66 şikayət qəbul edilib. Ümumi təhsil müəs­si­sə­­lə­­ri ilə əlaqədar Bakıdan 33, Sumqayıtdan 3, Gəncədən 1, Mingəçevirdən 1, Abşeron rayonundan 6, Biləsuvar, Qəbələ, Xaçmaz, Samux, Zərdab, Lənkəran rayonlarının hər birindən 2, Qusar, Şəki, Neftçala, Cəbrayıl, Gədəbəy, Küdəmir, Göyçay, Ağdam, Cəlilabad, Daşkəsən rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, müxtəlif məqsədlər üçün pul tələb olunması, məktəb rəhbərlərinin idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib.

Belə ki, Bakı şəhəri, Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb,
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib.

İlk peşə-ixtisas məktəbləri üzrə 1 şikayət qəbul edilib. Bu şikayət 12 nömrəli Bakı Peşə Məktəbi haqqındadır. Qeyd olunan şikayət araşdırılaraq müvafiq qaydada həll edilib.

Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilən 19 şikayət xarakterli müraciətin 14-ü dövlət, 2-si isə özəl ali təhsil müəssisələrindən olub. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib.

Orta ixtisas təhsili müəssisələri üzrə daxil olmuş 3 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Həmin müraciətlərə araşdırılıb və müvafiq qaydada cavablandırılıb. Müraciətlərdən biri üzrə araşdırmanın nəticəsinə görə Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə kollec rəhbərliyi tərəfindən xəbərdarlıq edilib.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­ıb və müvafiq tədbirlər həyata keçirilib.


Teqlər:  





Xəbər lenti