Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək
  21 Yanvar 2014    Oxunub:1382
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 30-da Cəlilabad şəhərində vətəndaşların qəbulunu keçirəcək.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, qəbulda Lənkəran, Astara, Masallı, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlı rayon sakinləri iştirak edə bilərlər. Vətəndaşların qəbulu Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Lənkəran regional bölməsinə müraciət etmələri (əlaqə tel: (02525) 5-24-82) xahiş olunur. Bundan əlavə, vətəndaşlar 27-29 yanvar tarixlərində saat 10:00-dan 17:00-dək Astara, Biləsuvar, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayon Təhsil şöbələrinin əlaqələndiricilərinə müraciət etməklə qəbula qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbula gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti