Aliment verməyənlərin cəzası sərtləşdirilir

Aliment verməyənlərin cəzası sərtləşdirilir
  18 Mart 2013    Oxunub:1564
Azərbaycanda aliment verməkdən boyun qaçıranlara qarşı cəzalar sərtləşdirilir.
Azərbaycanda aliment verməkdən boyun qaçıranlar və əmək qabiliyyəti olan, işləyən övladlar tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli şəkildə yayınanlarla bağlı cəzaların sərtləşdirilməsi gözlənilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “İcra haqqında” qanuna və Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar 250 manatda 500 manata qədər cərimə, yaxud 220 saatdan 300 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Eyni zamanda əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar isə 700 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Layihənin bu il parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılması gözlənilir.(apa)



Teqlər:





Xəbər lenti