İlham Əliyev gürcü nazirlə görüşdü

İlham Əliyev gürcü nazirlə görüşdü
  18 Mart 2013    Oxunub:1477
Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzeni qəbul edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olunub, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulanıb.

“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan Beynəlxalq konfransın əhəmiyyəti yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti