Ermənilər biz tərəfə keçdilər

Ermənilər biz tərəfə keçdilər
  18 Mart 2013    Oxunub:1580
Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

Onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.(apa)


Teqlər:  





Xəbər lenti