Pensionerlərə şad xəbər

Pensionerlərə  şad xəbər
  18 Mart 2013    Oxunub:1703
Bayramqabağı onların hesabına pul köçürüldü
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.

Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılırdı.

Pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 milyon manat pensiyaçıların hesablarına köçürülüb.

Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb.

2013-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63 faizi yaşa görə, 26,6 faizi əlilliyə gərə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.



Teqlər:





Xəbər lenti