“Hər iki erməni mülki şəxsdir”- Açıqlama

“Hər iki erməni mülki şəxsdir”- Açıqlama
  18 Mart 2013    Oxunub:1718
Azərbaycan tərəfə keçən hər iki erməni yaşlı mülki şəxsdir
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iki Ermənistan vətəndaşının Azərbaycan tərəfə keçdiyini təsdiqləyib.

Komissiyanın İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib ki, Azərbaycan tərəfə keçən hər iki erməni mülki şəxsdir:

“Onların ikisi də yaşlıdır. Azərbaycan tərəfi onları geri qaytarmaq istəyir. Yəqin ki, yaxın vaxtlarda onlar Ermənistana qaytarılacaqlar. Komissiya bununla bağlı Ermənistan tərəfinə məlumat verməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edəcək”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

Onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.(apa)



Teqlər:





Xəbər lenti