Bayram ərəfəsində cəbhədə gərginlik

Bayram ərəfəsində cəbhədə gərginlik
  19 Mart 2013    Oxunub:1384
Ermənistan Silahlı Qüvvələri Novruz bayramı ərəfəsində cəbhə xəttində gərginlik yaradırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti