Orqanizmimizdəki möcüzəvi sistem

Orqanizmimizdəki möcüzəvi sistem
  01 Fevral 2014    Oxunub:1774
İnsan orqanizmindəki suyun miqdarı çox əhəmiyyətlidir. Suyun müəyyən səviyyədən aşağı düşməsi və ya orqanizmdə ehtiyacdan artıq su toplanması insan həyatı üçün təhlükəlidir. Bəs siz orqanizminiz üçün ən ideal su miqdarının nə olduğunu bilirsinizmi? Habelə, hər an orqanizminizdəki suyun nisbətini müəyyən edib, lazımi miqdarı təmin etmək üçün tədbir görə bilirsinizmi? Əlbəttə, xeyr.
Bəlkə də bu sətirləri oxuyana qədər bu mövzu haqqında heç düşünməmişdiniz. Çünki orqanizminizdə bu mühüm funksiyanı sizin üçün qüsursuz şəkildə yerinə yetirən qeyri-adi sistem mövcuddur. Bu sistemdə insanı heyran edən bir çox yaradılış möcüzəsi var. İndi bu sistemi təhlil edək.

Beyindəki hipotalamus hüceyrələrinin qılafında reseptorlar var. Bu reseptorlar qandakı mayenin miqdarını ölçürlər. Diqqət etsək, qandakı maye miqdarını ölçənlər laborant və ya həkimlər deyil, gözlə görünməyən hüceyrənin incə qılafındakı mikroskopik reseptorlardır.

Bu reseptorların yerinə yetirdiyi işin nə qədər böyük bilik, qabiliyyət və texnika tələb etdiyini anlamaq üçün belə bir müqayisə aparaq: bir insanın qarşısına bir şüşə qan qoyduqda bu qandakı mayenin miqdarını deyə bilməz. Bunu hesablamaq üçün həmin sahədə mütəxəssis olmalıdır. Bu da kifayət deyil. Lazımi ölçmələri aparmaq üçün laboratoriyaya və texnikaya ehtiyacı var. Halbuki, hüceyrənin qılafındakı reseptorlar heç bir biliyi, texnikası olmadan insanın həyatı boyu səhvsiz ölçmə aparırlar.

Bu kiçik reseptorların funksiyası bununla məhdudlaşmır. Əgər qandakı maye nisbəti lazımi səviyyədən aşağı olarsa, dərhal tədbir görürlər. Bu, qeyri-adi haldır. Bundan əlavə, reseptorlar təkcə maye miqdarını təsbit etmir, eyni zamanda, ideal maye miqdarını bilərək lazım gəldikdə həyəcan siqnalı verirlər. Həyəcan siqnalı verən reseptor dərhal beyinin arxa hissəsindəki hipofiz vəzinə xəbər göndərir.

Burada mühüm cəhətlər var. Bu reseptorlar hipofiz vəzinin olduğunu və yerini necə bilirlər? Bundan əlavə, təcili hallarda onlara hipofiz vəzinin kömək edəcəyini haradan öyrəniblər? Şübhəsiz ki, bu proseslər hər canlıya, habelə, bu reseptorlara qüsursuz elmlə vəzifələrini ilham edən Yaradanın yaratma sənətinin təzahürüdür.

Hipofiz vəzi xəbəri alan kimi dərhal özündə depolanmış vazopressin adlı hormonu qan dövranına artıq miqdarda buraxmağa başlayır. Ancaq burada bir cəhəti düşünmək lazımdır: hipofiz vəzi necə xəbər alır? Başqa orqandan gələn xəbəri hipofiz vəzi necə anlayır və necə dəyərləndirib dərhal hərəkətə keçir? Bunlar qeyri-adi olan möcüzələrdir.

Hipofiz vəzinin qan dövranına buraxdığı vazopressin isə hipotalamusdakı hüceyrələr tərəfindən hazırlanan hormondur. Çox mühüm funksiyalara malik bu hormonun formulunu hipotalamusdakı hüceyrələr haradan bilir?

Bu hormonun formulu DNT-də şifrələnib. Bundan əlavə, xatırladaq ki, insan orqanizmindəki bütün hüceyrələrin nüvəsindəki DNT-lərdə vazopressin hormonuna aid şifrələr var. Ancaq bu şifrədən nə qaraciyər hüceyrələri, nə mədə, nə də əzələ hüceyrələri istifadə edə bilmirlər, təkcə hipotalamus hüceyrələri ondan istifadə edərək bu hormonu hazırlayırlar. Bu paylanma necə həyata keçirilmişdir? Digər hüceyrələrə bu şifrədən istifadə etməyə mane olan nədir?

Vazopressin hormonu ilə bağlı möcüzələr bunlarla məhdudlaşmır. Vazopressin hormonu hazırlandıqdan sonra başqa zülalın içində qablaşdırılaraq hipofiz vəzinə ötürülür və lazım olduqda istifadə edilmək üçün burada depolanır. Kiçik hüceyrənin içində ağlasığmaz dərəcədə kiçik zərrəciklər qüsursuz şəkildə təşkil edilmiş fabrikin tərkib hissələri kimi fəaliyyət göstərirlər.

Xəbər gəldikdən sonra hipofiz vəzindəki anbardan qan dövranına buraxılan vazopressin hormonları dərhal böyrəyə çatırlar. Burada xatırladaq ki, vazopressin hormonları beyindəki hipofiz vəzindən yola çıxır və böyrəklərə çatana qədər bir çox orqanın yanından keçirlər, ancaq bu hormonlar sanki haraya gedəcəklərini, yollarını və məqsədlərini bilirmiş kimi əsla azmadan və ya başqa orqana getmədən birbaşa böyrəklərə gedirlər.

Böyrəklərə getmə əmrini necə alır və sözügedən şüursuz molekullar necə olur ki, bu əmri anlayaraq yollarını tapırlar?

Böyrəyə çatan vazopressin hormonları böyrəkdəki milyonlarla mikrokanalın ətrafında yerləşən reseptorlara bağlanırlar. Bu reseptorlar vazopressin üçün xüsusi yaradılıblar və açar qıfıla uyğun olduğu kimi bir-birinə uyğundurlar. Bu uyğunluq necə təmin olunub? Hər hansı bir işdə peşəkar olmayan insan bir-birinə tam uyğun iki fərqli formanı düzəldə bilməz. Halbuki, orqanizmdə buna bir çox nümunə var. Bundan əlavə, hər iki hissə, yəni vazopressin hormonu və böyrəkdəki reseptorlar orqanizmin başqa yerlərindəki çox fərqli hüceyrələr tərəfindən inşa edilmələrinə baxmayaraq, qüsursuz uyğunluq təşkil edirlər. Bu uyğunluq isə Rəbbimizin qullarına rəhmətidir.

Hormonun reseptorlara bağlanması ilə böyrəyə “sidikdəki su molekullarını saxla” əmri verilir. Bu xəbərləşmə sistemi sayəsində sidiyin tərkibindəki su molekullarının böyük əksəriyyəti təmizlənir və yenidən qana qarışdırılır. Nəticədə, sidiyin miqdarı azaldılır və orqanizm su qazanır.

Əgər həddindən artıq su içilibsə, bu zaman mexanizm tərsinə işləyir. Qandakı suyun sıxlığı artır. Bu artım nəticəsində hipotalamusdakı nəzarətçilər vazopressin hormonunun ifrazını azaldırlar. Vazopressin hormonu azaldıqda sidiyin miqdarı artır və qandakı su miqdarı normal səviyyəyə çatdırılır.

Bu qüsursuz sistem orqanizmdəki sistemlərdən təkcə biridir, bu sistem belə heç nəyin nəzarətsiz olmadığını, sonsuz ağıl, elm və güc sahibi olan Yaradanın bu sistemi hər an nəzarəti altında saxladığını göstərir.

Zaur Rzayev
AzVision.az üçün



Teqlər:





Xəbər lenti