BP Qazaxıstandakı neft layihələrindən çıxdı

BP Qazaxıstandakı neft layihələrindən çıxdı
  11 Mart 2021    Oxunub:1726
BP şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.
Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda BP-nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.

Qeyd edilib ki, BP 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu vurğulanıb.

Məlumata əsasən, COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.

Xatırladaq ki, BP ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini bəyan edib və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilib.

Azvision.az


Teqlər: BP  





Xəbər lenti