Azərbaycan-ABŞ energetika əməkdaşlığı müzakirə edildi

Azərbaycan-ABŞ energetika əməkdaşlığı müzakirə edildi
  11 Mart 2021    Oxunub:2863
Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.
Energetika Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında energetika sektorunda əməkdaşlıq əlaqələrindən bəhs edilib. Enerji keçidi prosesində iki ölkə arasında bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazir ölkəmizdə energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədilə hazırlanmış qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları haqqında məlumat verib.

Səfir Ö.Litzenberger Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini və ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: EnergetikaNazirliyi  





Xəbər lenti