Yanvarda idxal və ixrac olunan məhsullar açıqlanıb

Yanvarda idxal və ixrac olunan məhsullar açıqlanıb
  15 Mart 2021    Oxunub:1138
Bu ilin yanvarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, ötən ay əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 2,7 dəfə, meyvə və tərəvəz şirələri 1,9 dəfə, çay 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu 3,8 dəfə, kartof 2,8 faiz, pambıq lifi 42,6 faiz, pambıq ipliyi 9,5 faiz, bentonit gili 12,7 faiz artıb.

Təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları 46,2 faiz, meyvə və tərəvəz konservləri 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 25,5 faiz, tütün 81 faiz, polietilen 16,8 faiz, emal olunmamış alüminium 16,3 faiz, qara metallardan borular 21,9 faiz azalıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin eyni ayında təzə meyvə idxalı 36,8 faiz, xam şəkər və şəkər 2,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları 6,3 faiz, kartof 10,8 faiz, təzə tərəvəz 4,9 dəfə, siqaretlər 1,7 dəfə, dərman vasitələri 2,1 dəfə, rezin şinlər 46,5 faiz, mineral gübrələr 10,1 dəfə, yük avtomobilləri 25,7 faiz, polietilen 8,3 faiz artıb.

Bitki yağları idxalı isə 24,2 faiz, buğda 53,5 faiz, çay 46,8 faiz, mal əti 30,1 faiz, quş əti və onun əlavə məhsulları 61 faiz, minik avtomobilləri 23,8 faiz, qara metallardan borular 36,5 faiz, polad prokatı 50,6 faiz, hesablama maşınları, blok və qurğuları 8,8 faiz, qara metallardan çubuqlar 43,9 faiz, avtobuslar 13,9 faiz, mebellər 35,6 faiz, paltaryuyan maşınlar 20,5 faiz, məişət kondisionerləri 6,7 faiz, qara metallardan künclüklər 46,9 faiz, məişət soyuducuları 33,1 faiz, sement və sement klinkerləri 20,6 faiz azalıb.

Azvision.az



Teqlər: DSK   İdxal  





Xəbər lenti