Nazirlik vətəndaş cəmiyyəti institutlarına müraciət edib

Nazirlik vətəndaş cəmiyyəti institutlarına müraciət edib
  16 Mart 2021    Oxunub:1909
Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi ilə bağlı birgə yığıncaqda iştirak üçün müraciət etmiş 52 vətəndaş cəmiyyəti institutuna müraciət olunub.
Nazirlikdən Azvision.az -a bildirilib ki, İctimai şuraya seçkilərin keçirilmə vaxtı martın 18-i saat 11:00-dan 15:00-dək müəyyən edilib.

Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri həmin tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evinin inzibati binasının 5-ci qapısına yaxınlaşa bilərlər.

Seçicilərdən mövcud karantin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Energetika  





Xəbər lenti