Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir - VİDEO

Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir -   VİDEO
  17 Mart 2021    Oxunub:2729
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Azvision.az -a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.



Azvision.az


Teqlər: Gömrük   Bayram   Gücləndirilmiş-iş  





Xəbər lenti