Şəhid bacısı “Azəriqaz”da işlə təmin edilib

Şəhid bacısı “Azəriqaz”da işlə təmin edilib
  10 Aprel 2021    Oxunub:2136
Şəhid bacısı “Azəriqaz” İstehsalat Birliyində işlə təmin olunub.
Qurumdan Azvision.az -a
bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçərək qanı ilə tarix yazan igidlərimizdən biri də Rauf İbadovdur. Raufun atası, “Azəriqaz” İB-nin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb.

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib. Qısa müddət ərzində şəhid R.İbadovun bacısı Banu İbadova “Azəriqaz” İB-də işlə təmin olunub.

Qeyd edək ki, şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Şəhid R.İbadovun bacısı B.İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti