BTQ ilə daşınmalar 2 dəfəyədək artıb - Nazir

BTQ ilə daşınmalar 2 dəfəyədək artıb -    Nazir
  10 Aprel 2021    Oxunub:4034
Cari ilin ilk rübündə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2 min 468 vaqonla 154 min 836 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Anadolu" agentliyinə açıqlamasında deyib. Nazir bildirib ki, yeni nəqliyyat dəhlizlərinin təməli olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalar sürətlə artır.

Türkiyənin nəqliyyat və infrastruktur sahəsində böyük layihələr həyata keçirdiyini diqqətə çatdıran A.Karaismailoğlu deyib ki, Bakı-Tbilisi-Qars xətti üzərindən qurulan Türkiyə-Rusiya (Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya) “Şimal-Cənub” nəqliyyat dəhlizi daşınan müxtəlif təyinatlı yüklərin nəqlində böyük artım gözlənilir.

Azvision.az


Teqlər: Qatar   BTQ  





Xəbər lenti