Qrant hesabına alınan mallar vergiyə cəlb edilirmi?

Qrant hesabına alınan mallar vergiyə cəlb edilirmi?
  14 Aprel 2021    Oxunub:1413
Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə (qrant alanlara) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.
Azvision.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən Vergi Məcəlləsinə əsasən yalnız xaricdən alınan qrant hesabına malların idxalı ƏDV-yə 0 faiz dərəcə ilə cəlb edilir. Ölkə daxilində alınmış qrant hesabına malların idxalı isə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Bundan başqa, əlavə alınmış qrantlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qrant kimi qeydiyyata alınmalıdır.

Azvision.az


Teqlər: Qrant   Vergi  





Xəbər lenti