Tovuzun iki kəndində 19 bulaq tikiləcək

Tovuzun iki kəndində 19 bulaq tikiləcək
  26 Aprel 2021    Oxunub:2148
“Azərsu” ASC-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Təmir-tikinti və quraşdırma sahəsi Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərində içməli su layihəsi həyata keçirir.
Azvision.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, kəndlərə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 kilometr paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir.


Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti