Neft Fondu qızıl aktivlərinin payını azaldıb

Neft Fondu qızıl aktivlərinin payını azaldıb
  03 May 2021    Oxunub:3378
Bu ilin I rübünün nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 14,2%-dən (2020-ci ilin nəticələrinə görə) 12,9%-ə enib.
Azvision.az xəbər verir ki, barədə ARDNF-nin 2021-ci ilin I rübünün nəticələrinə görə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Qeyd edək ki, 2021-ci il aprelin 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,84% azalaraq 42 761,3 mln. dollara bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin dollara qarşı zəifləməsi olub.

Azvision.az


Teqlər: ARDNF   Qızıl  





Xəbər lenti