Dövlət Xidməti: Şəmkir Balıq Zavodu özəlləşdirilməyib

      Dövlət Xidməti:    Şəmkir Balıq Zavodu özəlləşdirilməyib
  03 May 2021    Oxunub:2867
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəmkir Balıq Zavodu barədə məlumat yayıb.
Dövlət Xidmətinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

“Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb. Şəmkir rayonu, Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodu 2021-ci il mayın 25-də keçiriləcək hərraca çıxarılacaq”, - deyə məlumatda qeyd olunur.

Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (https://bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Azvision.az


Teqlər: Əmlak   Zavod  





Xəbər lenti