4 QHT-nin şikayətinə baxılıb
Apelyasiya komissiyasına müraciət etmiş 5 təşkilatdan 4-ü iclasda iştirak etmiş və onların şikayətinə baxılıb. Onlar aşağıdakılardır:
1. Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi
2. Milli Paralimpiya Komitəsi
3. Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyi
4. Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi
Qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilərək onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Komissiya üzvləri hər bir şikayət üzrə ayrılıqda qərar qəbul ediblər. Milli Paralimpiya Komitəsinin təqdim etdiyi layihənin ideyasının əhəmiyyətini nəzərə alaraq mövcud çatışmazlıqları aradan qaldırmaqla Şuranın növbəti maliyyə yardımı müsabiqəsinə təqdim etməsi tövsiyə edilib. Digər 3 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın qərarı isə qüvvədə saxlanılıb.
Komissiya üzvləri layihələr üzrə yerinə yetiriləcək fəaliyyətlərin ictimai baxımdan aktual və konkret olmasının vacibliyini QHT nümayəndələrinin diqqətinə çatdırıblar. İclasda Şura tərəfindən layihələrin qiymətləndirilməsində şəffaflığın təmin olunması üçün mütamadi iş aparıldığı da vurğulanıb.
Teqlər: