Naxçıvanda 9 vergi ödəyicisində nöqsanlar aşkarlanıb

Naxçıvanda 9 vergi ödəyicisində nöqsanlar aşkarlanıb
  05 May 2021    Oxunub:1687
Aprel ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 9 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb. Nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti