Dövlət vergi orqanlarına işə qəbul başa çatıb

Dövlət vergi orqanlarına işə qəbul başa çatıb
  07 May 2021    Oxunub:2352
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən növbəti müsabiqə başa çatıb.
Azvision.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sayca 17-ci olan müsabiqənin test mərhələsi bu ilin mart ayında baş tutub. Namizədlərdən 167 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb. Müsahibə mərhələsini 159 nəfər müvəffəqiyyətlə keçib və onlar vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Müsabiqədə uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin ediləcəklər.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti