Bu il ixrac və idxal edilən məhsulların statisitikası

Bu il ixrac və idxal edilən məhsulların statisitikası
  18 May 2021    Oxunub:1367
Üç ayda ixrac və idxal edilən məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, cari ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 41,8 faiz, şəkər 2,5 dəfə, bitki yağları 37,5 faiz, meyvə və tərəvəz şirələri 37 faiz, kartof 1,6 dəfə, təbii üzüm şərabları və üzüm suslosu 1,9 dəfə, pambıq lifi 1,6 dəfə, polietilen 8,8 faiz, pambıq ipliyi 6,3 faiz, bentonit gili 8,6 faiz artıb.

Təzə tərəvəz ixracı isə 37,3 faiz, çay 18,3 faiz, meyvə və tərəvəz konservləri 5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 22,2 faiz, tütün 58,5 faiz, emal olunmamış alüminium 23,5 faiz, qara metallardan borular 36,7 faiz azalıb.

Birinci rübdə bitki yağları idxalı 47,6 faiz, buğda 13 faiz, xam şəkər və şəkər 3,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları 5,1 faiz, kartof 0,6 faiz, təzə tərəvəz 2 dəfə, siqaretlər 14,8 faiz, dərman vasitələri 30,8 faiz, rezin şinlər 10,6 faiz, mineral gübrələr 17,8 faiz, yük avtomobilləri 28,5 faiz, məişət kondisionerləri 1,6 dəfə, məişət soyuducuları 29 faiz artıb.

Təzə meyvə idxalı isə 3,4 faiz, çay 5,2 faiz, mal əti 23,6 faiz, quş əti və onun əlavə məhsulları 22,8 faiz, minik avtomobilləri 1,4 faiz, qara metallardan borular 38,2 faiz, polad prokatı 58,1 faiz, hesablama maşınları, blok və qurğuları 4 faiz, qara metallardan çubuqlar 57,4 faiz, mebellər 10,9 faiz, paltaryuyan maşınlar 8,5 faiz, polietilen 47,4 faiz, qara metallardan künclüklər 39,7 faiz, avtobuslar 39,4 faiz, sement və sement klinkerləri 39,7 faiz azalıb.

Azvision.az


Teqlər: İdxal   İxrac   Gömrük  





Xəbər lenti