Azərbaycan-Britaniya hökumətlərarası komissiyası toplanacaq

Azərbaycan-Britaniya hökumətlərarası komissiyası toplanacaq
  19 May 2021    Oxunub:961
Mayın 20-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpaolunan enerji və enerji səmərəliliyi, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən isə Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartdır.

Azvision.az


Teqlər: Azərbaycan   Britaniya  





Xəbər lenti