Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Qeyri-neft-qaz məhsullarının ixracı artıb
  23 May 2021    Oxunub:1790
Cari ilin yanvar-mart aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Azvision.az


Teqlər: Məhsul   İxrac  





Xəbər lenti