46 məntəqədə 4 tərəfli piyada keçidləri qurulub

46 məntəqədə 4 tərəfli piyada keçidləri qurulub
  31 May 2021    Oxunub:1027
Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə svetoforlarla nizamlanan bir sıra yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindn məlumat verilib. Bildirilib ki, görülən işlər çərçivəsində daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb.

Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb. Müvafiq yol nişanlanma xətləri çəkilib. Qeyd olunub ki, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti