Əcnəbilər ölkəmizdə 112 milyonluq əməliyyatlar aparıb

Əcnəbilər ölkəmizdə 112 milyonluq əməliyyatlar aparıb
  31 May 2021    Oxunub:1059
Koronavirus pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk aylarında da davam edib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadla xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 134 ölkədən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Apreldə xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 28,3 milyon manat təşkil edib. Cari ilin ilk dörd ayında isə əcnəbilər bank kartları vasitəsilə 112,2 milyon manatlıq əməliyyatlar aparıblar.

Azvision.az



Teqlər: Turist   Əməliyyat  





Xəbər lenti