Daha bir marşrut xətti “BakıKart”a keçir

Daha bir marşrut xətti “BakıKart”a keçir
  02 İyun 2021    Oxunub:1621
Sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb.
Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 42 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Hesablama Palatası BNA ilə bağlı Baş Prokurorluğa müraciət edəcək
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, iyunun 3-dən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi – “Koroğlu” metro stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə Səfəvilər küçəsi 70, Gülüstan küçəsi 47A ,Sabunçu qəsəbəsi - Şəhər şosesi ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Azvision.az


Teqlər: BNA   Kart   Avtobus  





Xəbər lenti