Rusiya pomidorumuzun yolunu açdı

Rusiya pomidorumuzun yolunu açdı
  11 İyun 2021    Oxunub:1786
Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 15-dən ölkəyə Azərbaycanın daha 31 müəssisəsindən pomidor, 24 şirkətindən isə alma idxalına icazə verib.
Azvision.az xəbər verir ki, “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında iyunun 10-u və 11-i aparılmış danışıqlardan sonra məhsulların dəmir yolu ilə danışması barədə razılığa gəlinib.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında qəbul edilib. Məhsullar fitosanitar sertifikatlarla ixrac olunacaq, hər vaqonda yalnız bir müəssisədən bir məhsul növünün daşınmasına icazə veriləcək.

Qeyd edək ki, bu il oktyabrın 1-dən isə Azərbaycandan pomidor və almaların konteynerlərlə daşınması nəzərdə tutulub.

Azvision.az



Teqlər: AQTA   Pomidor  





Xəbər lenti