Prezident yol tikintisinə pul ayırdı

   Prezident yol tikintisinə pul ayırdı
  30 İyun 2021    Oxunub:1244
Paytaxtın Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 2,1 milyon manat ayrılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun Ələt, Korgöz və Lökbatan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az


Teqlər: Qaradağ   Yol  





Xəbər lenti