Millət vəkillərimiz Rumıniyadadır

Mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən danışan Y.Yanku bu istiqamətdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. O, gələcəkdə Xəzər dənizi regionunda ilk Rumıniya Mədəniyyət İnstitutunun nümayəndəliyinin məhz Azərbaycanda açılmasının planlaşdırıldığını vurğulayıb. Sədr, həmçinin Rumıniyanın enerji istehsalının yenilənməsinə ehtiyacın olduğunu qeyd edib.
ARDNŞ-in hazırda Rumıniya bazarında ixtisaslaşmış fəaliyyətini qeyd edən Y.Yanku ölkənin Konstansa şəhərində iki terminalın şirkət tərəfindən istifadəsi üçün yararlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Rumıniya parlamentlərarası işçi qrupunun sədri
Azay Quliyev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Rumıniyada mədəniyyət və humanitar sahələrdə Heydər Əliyev Fondunun nümayəndəliyinin, enerji sahəsində isə ARDNŞ-in təmsilçiliyinin fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi layihələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Rumıniya hökuməti və parlamentinə NATO, ATƏT, Avropa İttifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyinə görə təşəkkürünü bildirib.
A.Quliyev, həmçinin Rumıniya parlamentində deputat Luçian Militaru tərəfindən Xocalı soyqırımı ilə bağlı verilən bəyanatın Azərbaycanda yüksək qiymətləndirildiyini deyib. O, bir sıra ölkələrdə olduğu kimi, Rumıniya qanunverici orqanında da Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediləcəyinə inandığını söyləyib.
Teqlər: