Təmizlik şirkətinin işçisi 19-cu mərtəbədən düşüb öldü

Təmizlik şirkətinin işçisi 19-cu mərtəbədən düşüb öldü
  16 Noyabr 2021    Oxunub:1104
Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, yuxarıda adıçəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynli Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürmərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılıb və Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az


Teqlər: İşçi   Meyit  





Xəbər lenti