Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək

   Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
  22 Noyabr 2021    Oxunub:1227
"Yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimat keçiriləcək".

AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.

Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd edib, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını deyib, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də iki ölkə arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti