Nazirlik QHT-lərə xəbərdarlıq etdi

Maliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ-hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildirilir ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
AzVision.az
Teqlər: