Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
  07 Dekabr 2021    Oxunub:896
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Fərzi Babayevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, həmin şəxs yaşadığı Həmzəlli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib.

F.Babayev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: COVID-19  





Xəbər lenti