Şəmkirdə baş həkim 8 nəfərə saxta əlillik verib

   Şəmkirdə baş həkim 8 nəfərə saxta əlillik verib
  08 Dekabr 2021    Oxunub:1620
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Aparılan istintaqla Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim Məsləhət Komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim Məsləhət Komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri - Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Fəxrəddin Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib, Fəxrəddin Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: Şəmkir   Xəstəxana  





Xəbər lenti