Qohumundan hədə-qorxu ilə 100 min dollar istədi

   Qohumundan hədə-qorxu ilə 100 min dollar istədi
  11 Dekabr 2021    Oxunub:1319
Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti