QHT-lərə Dəstək Şurası Budapeştdə görüşlər keçirib

QHT-lərə Dəstək Şurası Budapeştdə görüşlər keçirib
  03 Aprel 2014    Oxunub:1222
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər çərçivəsində bir sıra görüşlər keçirib.
İlk olaraq Milli Ailə və Sosial Siyasətlər İnistitutunda olan nümayəndə heyəti qurumun layihə direktoru İvett Karvalitslə görüşüb. İnistitutun 2007-ci ildə İnsan Resursları Nazirliyi tərəfindən yaradıldığını bildirən xanım Karvalits əsas fəaliyyət istiqamətlərinin gənclərin məşğulluq problemi, narkomaniyaya qarşı maarifləndirmə tədbirləri, ailə və qadın məsələlərini əhatə etdiyini deyib. Macarıstan əhalisinin 3,5 milyonunun 13-30 yaş arası gənclərin təşkil etdiyni deyən İvett Karvalits indiyədək onlardan 12 min nəfərinin həyata keçirilən layihələrə cəlb edildiyini qeyd edib.

Fundamental Hüquqlar üzrə Müvəkkilin Aparatında keçirilən görüşdə qurumun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Eve Heizerne Hegedus təmsil etdiyi qurumun fəaliyyəti haqda Azərbaycan nümayəndə heyətinə məlumat verib. Eve Hegedus Macarıstan ombudsmanının 6 il müddətinə seçildiyini və ildə bir dəfə ölkənin parlamenti qarşısında hesabat verdiyini bildirib. O, ombudsmanın insan hüquqlarının təminatı vəziyyətinə dair müntəzəm monitorinqlər keçirdiyini qeyd edib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı vəziyyəti haqqında məlumat verən nümayəndə heyətinin üzvləri Şuranın ölkəmizin milli donor inistitutu kimi fəaliyyət istiqamətlərindən və insan hüqüqlarının təminatı sahəsində atılan addımlardan danışıblar.

Keçirilən bütün görüşlərdə nümayəndə heyətinin rəhbəri Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında macar həmkarlarına geniş məlumat verib. Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları haqqında danışan F. Qurbanov fundamental insan hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin fəal iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.


Teqlər:





Xəbər lenti