DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb

   DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb
  26 Yanvar 2022    Oxunub:977
"Şəkidə Dövlət Sosial Müdafiə Fondunun binasını yandırmaq istəyən şəxs saxlanılıb".
Bunu AzVision.az -a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib. O bildirib ki, yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az




Teqlər: DİN  





Xəbər lenti