Erməni xəstəliyinin yeni xəritəsi – FOTO

// Görəsən, ermənilər “tatar çörəyi”nə nə qatırlar?!

   Erməni xəstəliyinin yeni xəritəsi –    FOTO
  10 Fevral 2022    Oxunub:5671
Ermənilərin revanşizm və "Böyük Hayastan" patoloqiyası növbəti, daha ağır mərhələsinə keçib. 1998-ci ildən Qərbi Azərbaycanın Kəvər şəhərində fəaliyyət göstərən və məhsulunu Rusiya Federasiyasına ixrac edən "Bazikyan’s" un məmulatları şirkəti məhsullarına aid qablaşdırılmanın üzərində Ermənistanın və vaxtilə işğal altında saxladığı Azərbaycan ərazilərinin birgə xəritəsini yerləşdirib.
"Miatsum"la kifayətlənməyən xəstə təfəkkürlü revanşistlər türk mətbəxinə aid "Tatar börəyi”ni də özlərininki kimi qələmə verərək, üstündə "erməni dad və keyfiyyəti" yazmağı vacib biliblər.

Görəsən, xarici alıcılar özlərinə sual verirlərmi ki, erməni kulinariyasının təamında "tatar" sözü nə gəzir?

Hans Kloss ©
AzVision.az üçün





Teqlər: Ermənistan  





Xəbər lenti