Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

   Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
  29 Aprel 2022    Oxunub:1313
2022-ci ilin I rübü ərzində nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb, 4,4 milyard manata çatıb.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov deyib. O bildirib ki, ödəniş kartları ilə nağdsız hesablaşamaların xüsusi çəkisi bu dövrdə 12,1 faiz yüksələrək 39,1 faizə bərabər olub.

“Mərkəzi Bank nağdsız ödənişlərin formalaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Ödəniş terminalları zamanı komisiyyaların artırılması istiqamətində requlyatorun məlumatı var və aidiyyatı təşkilatlarla aktiv müzakirələr aparılır. Komissiyaların müəyyən olunmasında banklar biznes maraqları üzərindən çıxış edir. Mərkəzi bankın milli ödəniş sistemlərdən olan ani ödənişlərin tətbiqi çərçivəsində xidmət haqlarının sıfır olması təşəbbüsü var”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti