Rusiya bu il neft hasilatının 17%-ni itirə bilər

   Rusiya bu il neft hasilatının 17%-ni itirə bilər
  29 Aprel 2022    Oxunub:1118
2022-ci il aprelin 1-dən aprelin 29-dək Rusiyada neft və qaz kondensatının orta gündəlik hasilatı mart ayı ilə müqayisədə demək olar ki, 9% azalaraq 1,372 milyon ton təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a neft hasilatı üzrə rəsmi statistika ilə tanış olan mənbə bildirib. Martda fevralla müqayisədə hasilatın azalması cəmi 0,33% təşkil edib. Aprelin ilk ongünlüyündə azalma 6%-ə çatıb, ayın ortalarında isə 7,5%-ə qədər sürətlənib. 2021-ci ilin yazından bəri Rusiya neft hasilatını rəvan şəkildə artırıb. Lakin 2022-ci ilin martında Rusiya Ukraynadakı vəziyyətə görə hərtərəfli beynəlxalq sanksiyalarla üzləşib.

Sanksiyalar Rusiyada xam neftin kəşfiyyatı, hasilatı və emalına investisiya qoyuluşunu qadağan edir. Bundan əlavə, bir çox Qərb şirkətləri və treyderləri Rusiya neftini almaqdan imtina etdilər. Rusiyanın maliyyə naziri Anton Siluanov təsdiqləyib ki, Rusiya sanksiyalara görə 2022-ci ildə neft hasilatının 17%-ni itirə bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  





Xəbər lenti