“Visa” və “Stripe” “Bankoff” kartlarına xidməti dayandırıblar

   “Visa” və “Stripe” “Bankoff” kartlarına xidməti dayandırıblar
  04 May 2022    Oxunub:1011
Visa” və “Stripe” ödəniş sistemləri “Bankoff” virtual kartlarına xidmətin dayandırıldığını elan ediblər.
AzVision.az xəbər verir ki, xidmətin dayandırılmasına səbəb Rusiyadan aktiv istifadəçi və tranzaksiyaların sayının çox olması göstərilib. Hazırda “Bankoff” kartları heç bir köçürmə üçün dəstəklənmir və müştəri vəsaitləri ABŞ hesablarında dondurulur. Şirkətdən qeyd edilib ki, hazırda problemin həlli üçün işlər aparılır.

AzVision.az





Teqlər: Kart  





Xəbər lenti