Hindistan Rusiya neftini 70 dollardan ucuz almaq istəyir

   Hindistan Rusiya neftini 70 dollardan ucuz almaq istəyir
  04 May 2022    Oxunub:773
Hindistan Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan sonra tədarükün maliyyələşdirilməsi ilə bağlı riskləri kompensasiya etmək üçün Rusiyadan neftin barrelini 70 dollardan aşağı qiymətə almaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “NDTV” kanalı məlumat yayıb. Mənbələr xatırladır ki, hazırda Brent markalı neftin bir barelinin qiyməti 105 dollar civarındadır. Rusiya neftinin Hindistana tədarükü Ukraynada hərbi əməliyyata başlayandan sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmır.

Lakin sığorta sahəsində məhdudlaşdırıcı tədbirlər, eləcə də ABŞ-ın Nyu-Dehliyə təzyiqi səbəbindən vəziyyət daha da mürəkkəbləşib. Bununla belə, Hindistanın dövlət və özəl şirkətləri fevralın sonundan bəri Rusiyadan 40 milyon barel neft idxal edib ki, bu da 2021-ci ilin bütün göstəricilərindən 20% çoxdur.

Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh Puri daha əvvəl bildirmişdi ki, ölkəsi şərtlərə uyğun gələrsə, neft tədarükü sahəsində əməkdaşlığa açıqdır və xammalı yalnız öz maraqları əsasında idxal edir. Onun sözlərinə görə, Rusiyadan enerji tədarükünün ümumi həcmi 0,2%-dən çox deyil.

AzVision.az


Teqlər: Neft   Rusiya  





Xəbər lenti