Quş əti istehsalçıları güzəştli kredit istəyiblər

Quş əti istehsalçıları güzəştli kredit istəyiblər
  04 May 2022    Oxunub:1038
Quş əti istehsalçıları 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayırılmasını təklif ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) nümayəndələrinin İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevlə görüşündə qeyd edilib.

Görüşdə quş əti və istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib ki, bütün istehsal müəssisələrinin ümumilikdə 40 milyon manata yaxın vəsaitə ehtiyacı var: "Biz bu məbləği bir il ərzində geri qaytara bilərik".

O.Xalıyev Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10 %-inin dövlət tərəfindən qarşılanacağını bildirib: "Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün deyil. Təəssüratımız belədir ki, dövlətimiz bizə gözlədiyimiz dəstəyi verəcək”.

AzVision.az



Teqlər: Kredit  





Xəbər lenti